Bülbül olub düşdüm bağa,Nalə çəkdim sola, sağa.Səsim düşdü min budağa,Susdu çəmən... dindi gülşən: -Şair, nə tez qocaldın sən?!

Könül verdim min axşama,Pərvanə tək yandım şama...Gözündən yaş dama-damaŞam da dilə gəldi birdən: -Şair, nə tez qocaldın sən?!

Məclislərə düşdü yolum,Gənclik oldu sağım, solum.Dedim yatıb rahat olum...Sual qopdu hər ürəkdən: -Şair, nə tez qocaldın sən?!

Tüfəng alıb çıxdım ova,Doğdu günəş, güldü hava,Ceyranları qova-qova,Cavab gəldi güllələrdən, -Şair, nə tez qocaldın sən?!

Kəndə getdim... Bir ağbirçəkQucaqladı məni görcək.O ağladı bir ana tək...Dedi: - Kaş ki, öləydim mən,Şair, nə tez qocaldın sən?!

Qəribədir: üzü arsız,Şaxta qəlbi ilk baharsız...Eşqi, sözü etibarsız"Dostlarım" da deyir bəzən: -Şair, nə tez qocaldın sən?!

Viran könlüm varaq-varaq...Əsdi xəzan, düşdü yarpaq.Ana vətən, ana torpaqBir ah çəkdi sinəsindən: –Şair, nə tez qocaldın sən?!

Polad sinəm, döz bu dərdə,Günəş batmaz ilk səhərdə...İnsan donlu iblislər dəBaxıb mənə deyir qəsdən: –Şair, nə tez qocaldın sən?!

Qartal olub qanad açdım,Zamanları keçib aşdım,İnsanlardan uzaqlaşdım,Səda gəldi yerlə göydən: –Şair, nə tez qocaldın sən?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets