Təzə il sovqatı
Bu gün daha bəxtiyardır sinəmdə ürək,O, "yaz!" deyir, "yarat!" deyir mənə müttəsil.Başdan-başa silahlanmış bir qəhrəman tək,Yurdumuza ayaq basır qırx beşinci il...Bu təzə il şərəfinə məclis qurulur,Yenə sənət piyaləmi doldururam mən...Gecə keçir... Günəş doğur... Zülmət durulur...İlk baharın müjdələri keçir qəlbimdən.Ayrılıram bir anlığa düşüncələrdən,Unuduram bu məclisi, bu səadəti.Çünki gəlir gözlərimin önünə birdənBir dostumun səhər üzlü insan surəti.Gözəl dostum! Mən evdəyəm, sənsə uzaqda...Bəlkə bu dəm şinelinə səpələnir qar.Mənim təbim dil açdıqca isti otaqda,Səni bir dağ ətəyində döyür boranlar...Yox! Bəlkə də bir torpaqlı daxmacıqda sənBir kitabça varaqlayıb məni anırsan?De, bəlkə də ürək yanır öz nəfəsindən,Sevgilini yada salıb alovlanırsan?Uzaqdasan... Görməyirəm... Bəlkə də bu anQar üstündə sürünürsən bizdən aralı.Sən uğursuz bir güllənin ağrılarındanZarıyırsan pələng kimi, sinən yaralı.De, bəlkə də od içində bu gecə yarı,Söndürürsən yandırılmış bir xanimanı.Ya da, dostum, o yanğının tünd alovlarıİşıqladır qara geymiş bir asimani.De, bəlkə də qabağında bir dəstə yağıBoyun büküb əsir gəlir... Sənsə vüqarlaAnıb yenə ana yurdu, ana torpağı,Yerə-göyə sığmayırsan min iftixarla!..
Uzaqdasan... Görməyirəm surətini ah!..Qış vaxtıdır... Gödəlmişdir hicran günləri...Budur... budur, pəncərədən boylanır sabah...Surətinə yazılmışdır insan hünəri.Bu təzə il məclisinə göz açır səhər,Al günəşin ilk şəfəqi yayılır dağa.Bu vaxt sənin sağlığına dinir qədəhlər,Bütün məclis ehtiramla qalxır ayağa...Mənsə şerə nəqş edirəm bu diləyimi:Ötərgidir şərablardan qopan ehtiras...Sənsə məni qardaş kimi öz bağrına bas!Sənə sovqat göndərirəm öz ürəyimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-teze-il-sovqati
Use ← → keys to move, R for a random poem
More by this author
Səhər-səhər seyrə vardım qızıl gülün yanağını,Açdı könlüm şirin-şirin nəğməli ney dodağını.
DanışaqAşıq, bağrına bas sədəfli sazı,Min cavablı bir sualdan danışaq;
Bülbül və bağbanGözəl bir bağçada bir bülbül vardı,Budaqdan-budağa uçub qonardı.
Bir arzuYenə şeirlərin qarşımdadır, bax,Sənin kitabçanı varaqlayaraq.
Poems by other poets
Sənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Düşmüşəm seyd kimi damdə səyyad əlinəDüşmüşəm seyd kimi damdə səyyad əlinə,Bivəfa, qaniçici kafirü cəllad əünə.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Zahid ki, məscid içrə öziçün məkan tutubZahid ki, məscid içrə öziçün məkan tutub,Bayquşdu kim, xərabə ara aşiyan tutub.