Qəhrəmanın ölümü
Bütün Bakı fikirdədir, göy sükutda, dəniz lal...Nə meh əsir, nə titrəyir ağacların yarpağı.Hər ürəkdə bir döyüntü, hər baxışda bir sual...Bu gün çatmış qaşlarını Azərbaycan torpağı.
Vətən oğlu! – Bu iki söz dodaqlarda yandıqca,Hər ürəyin telləri də qəmli-qəmli saz tutur.Vətən mülkü öz oğlunu ana kimi andıqcaAğır dağlar fikrə gedib, öz qəlbində yas tutur.
Cəbhədəsə, bizdən uzaq, Həzi! – deyən hər əsgərO tabutun qarşısında diz çökərək and içir.Tanklar uçur, ordu keçir, darılmışdır üfüqlər,İntiqamın yanan qəlbi şaxta udur, qar içir.
İllər keçir... Yaşa dolur süd ağızlı körpələr,Nəsil-nəsil ürəklərdə yuva salır qəhrəman.Şəfəq saçır türbəsinə min səadət, min səhər,Bu əməllə, bu eşq ilə o keçdi öz canından.
Rəssam alıb fırçasını xəyallara qərq olur,Bahar kimi şəfəqlənir qəhrəmanın surəti.Könüllərdə söhbət olub neçə məclis qurulur,Alqış deyir mərd oğula şerin, sözün qüdrəti.
Qərinələr arxasından Cavanşir də, Babək dəQılınc ilə salam verir bu müqəddəs türbəyə.Göydə günəş şölə saçır, nəğmə tutur külək dəYerdə insan nəfəs alır, qəhrəmana eşq! – deyə.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-qehremanin-olumu
Use ← → keys to move, R for a random poem
More by this author
Günəş doğub yayılmadan qayaları dələrəkBalta vurar, külüng çalar yorulmayan qolları.
Ellər dünyasıAl-yaşıl geyinmiş uca dağlarınQartallı qoynundan uzaqlaşmışam;
Səriyyənin ölümüMən görmədim, söyləyirlər bir gecənin sonundaSənə qıyan mərhəmətsiz, soyuq bir əl qudurdu.
MəktubNə qədər "xoş gəldi" qulaqlarımaBir əfsanə qədər dadlı sözlərin...
Poems by other poets · Homeland
Fikrət Qocaya*Gözəl şeirlərini öz adında saxlarsan,
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Yetdin yetənə, yetməyənə bir təpik atdınYetdin yetənə, yetməyənə bir təpik atdın,Vicdanını, imanını bircə pula satdın,