Saxlarsan
Fikrət Qocaya
Gözəl şeirlərini öz adında saxlarsan,Vətən məhəbbətinin gur odunda saxlarsan.
Cıdırda söyləsələr “at seçin”, açıq gözünüİgid, Qaçaq Nəbinin Bozatında saxlarsan.
Çaparsan arzularınla Cənuba əldə qələm,Sonunda, zirvələrin son qatında saxlarsan.
Vətənsizin yeri yoxdur bizim bu gülşəndə,Bunu mənim kimi hər an yadında saxlarsan.
Deyim ürək sözümü, sən də mən Süleymantək,Cənubun həsrətini fəryadında saxlarsan!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-saxlarsan-2
Use ← → keys to move, R for a random poem
More by this author
Deyirsən ki, “mənimçin dosttək düzəlt bu işi,Xəcalətli qalmaram, axı, kişiyəm, kişi”.
Özünü bəyənənəHey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.
XəstəlikLovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,
Bədbəxt adamaDərdə bax, yalnız özündən razısan, bədbəxt adam,Zənn edirsən, millətin avazısan, bədbəxt adam.
Poems by other poets · Homeland
Bir tərəfdə sel kimi od axıdan buruqlar,Bir tərəfdə çadırda donan körpə çocuqlar.
Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlibMaşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib,Ləbini mürdeyi-sədsalə görüb canə gəlib.
Gəncüm AğayaGəncüm ağa, vilayətin dərdiniƏlbəttə get sahibkara ərz elə
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.