Əmək və təbiət
Günəş doğub yayılmadan qayaları dələrəkBalta vurar, külüng çalar yorulmayan qolları.Elektrik qüvvəsindən min bir cana gələrək,O hazırlar yer altında şöməndüfər * yolları.Sonra qatar sürətilə trak... trak... tra... rak...Elçiləyər uzaqları dağı, daşı yırtaraq.Quş qonmayan o dağlar ki, nərəsindən yıxılar,Buludların rəngi qaçar bu sürətin səsilə;Nə yoruldum söyləyər o, nə də qəlbi sıxılar,Yıxar, qurar təbiəti bu günün nəğməsilə.O bilir ki, döyünməyən, hərəkətsiz bir ürək,İztirablar keçirirkən mumlar kimi sönəcək;O bilir ki, bu dünyada bəslənilən hər dilək,Çətinlikdən çəkinərsə bir xəyala dönəcək.Odur ki, bax, güvənərək qolundakı qüvvətə,Dəyişdirir kainatı, yeni bir donda qurur.Dalğalanan bu axın ki, məni salır heyrətə,Zaman axır sular kimi, saatlar çox tez vurur.Əsrlərin qurduğuna qarşı duran bu sürətGüldürəcək, şübhəsiz ki, görüb duyan kəsləri;İnsanlığın qüdrətinə təslim olur təbiət,Şair nəşə içindədir, duyur zəfər səsləri.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-emek-ve-tebiet
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şah-ı Mərdan didi şîr-i nər bənəmKim günəşdən dünyada əẓhər bənəm
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Qəzəl: Şuri-cünuni-aşiqin başına rifət verirŞuri-cünuni-aşiqin başına rifət verir,Hər kəsə dünyada haqq əqlicə dövlət verir
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı