Bilirəm hər qəlbin mən iç üzünü,Bir çoxu fitnəli, həm böhtanlıdırYenə qan içməyə dikib gözünüO yer ki, krallı və soltanlıdır.Qərbin üfüqündə bir bulud gəzər,Əqrəbə, əfiyə, ilana bənzər.Uzaq Şərq elinə qılsanız nəzər,Könüllər zədəli və hicranlıdır.Anlamaz cahanda nə vicdan, nə hissO, insan donunda qocaman iblis.Çox da öyünməsin xain ingilis,Mənim aslan könlüm dəliqanlıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets