Aşıq qardaşıma
Gəl qələm götürüb, qoşa saz tutaq.Süsənlər, sünbüllər, güllər bizdədir;Gecələr qoynuna ay qonaq gələnSonası çığrışan göllər bizdədir.
Bizim dünyamızda gülür gözəllik,Deyir bu mahnını bülbül və kəklik.Yazın səhər vaxtı güllük, çiçəklik,Ürək sərinlədən yellər bizdədir.
Elləri sevmişdir könlüm əzəldən,Nə çıxar uydurma şerü-qəzəldən?Aldım ilhamımı min bir gözəldən,Ucu tər cığalı tellər bizdədir.
Aşıq, bu yerləri sən xəbər alsan,— Ayıldı dünyanın şöhrəti insan.Zülmün, qaranlığın qəbrini qazanKürəklər, külünglər, bellər bizdədir.
Nə xoşdur ellərin şirin avazı,Güldü ölkəmizin çiçəkli yazı.Şairin qələmi, aşığın sazı.Bülbülü mat qoyan dillər bizdədir.
Bu yeni aləmi duyduqca ürək.Göylər də sevinir gülümsəyərək.Bir böyük bağ olur hər şitil, tənək.Bu quran, yaradan əllər bizdədir.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-asiq-qardasima
Use ← → keys to move, R for a random poem
More by this author
Azərbaycan, gözəl bir yaz… Həyat bolluq, işıq çoxdur,Qaranlıqdan, əsarətdən, xəyanətdən nişan yoxdur.
Bakının dastanıNeçə ildir könül deyir söylə, şair,Şeir, sənət gülzarında Bakı hanı?
Zəncinin arzularıO, kürsüyə sinə gərdi. Danışmadı, susdu bir dəm,Çatıb qara qaşlarını, fikrə getdi o bir anlıq;
MuğanQoy göyün ulduzu, göyə nur saçsın,Yerin də arzusu yerdə gül açsın…
Poems by other poets · Nature and spring
Bu şerə Cavanşir Quliyev*mahnı bəstələmişdir.*
Xoş olsun ol könül, eşqə məkandırXoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.
Oxu!(Rəşt radiosunda Azərbaycan musiqisini dinlərkən)*Gözlərim gözündən uzaq olsa da,
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!