Açılıb gülsün, əzizim, hər çəmən, hər laləzar,Solmasın, yavrum, a Leyla, novbaharın gülləri

Şerimin qəlbi qədər qoy saf olub gülsün həyat,Oxşasın hər ruhu, qəlbi gülşənim bülbülləri.

Özgə bir aləm olub hökm eyləsin hər ürəyə,Ellərin məsum həyatı, çöllərin sünbülləri.

Nə rəvadır bir qızın fikriylə məhv olsun bəşər!Qıyma boğsun Vurğunu ömrün pərişan günləri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring