Konsert axşamı
Gecəydi...
Moskva hər günkü kimi
insan dalğasilə dalğalanırdı.
Kim bilir, fikrim
nələr düşunürdü, nələr anırdı?
Yorğun-arğın insanlar
işdən sonra
Yığışmışdı, divarları
daş aynalı bir salona
Konsert olacaq!..
Ömrün varlığını izləyən şair
bu günə dair
nə isə düşünürdü haman salonda.
Bu axşam onda
büsbütün başqa bir həyəcan vardı,
Həyata çox sağlam inamı vardı.
Bu aralıq
Bütün varlığilə gümrah, qayğısız,
səmimi bir qız
ona yaxınlaşaraq.
-Bayaq sizi göstərəmk arkadaşım səylədi ki,
O sadə gənc uzaqlardan, Şərq əlindən qonaq gəlmiş;
Məqsədiniz bu torpaqdan qüvvət alıb dönmək imiş.
Söyləsəniz çox xoş olar, düzmü onun dedikləri?
Hansı qüvvət, hansı məqsəd bu yerlərə çəkdi sizi?
Düşündürün bu xüsusda, azca əyləndirin bizi.
Şair:
- O yerdə ki, günəş gülər, dəniz gülər, göy gülər,
O yerdə ki, sarı bülbül yaz gününü qarşılar,
O yerdə ki, quşlar oxur, söylənilən türkülər,
Andırır ki, o torpağın zəngin təbiəti var;
Axşamları, səhərləri çox xoş olur, o diyar –
Hər könülə ilham verər, hər yolçunu saxlayar.
O, Qafqazdır ki, şairlər vurulmuşdur nazına,
Könül oynar ixtiyarsız təbiətin sazına. - Heç anırmı xatiriniz o nəşəli günləri?
Sıxılırm! varlığınız? - Heç sormayın onu siz!
Yenə dalğın xəyalımdan nələr keçdi bilsəniz!
O zaman ki, çiçəklərin arasında bəxtiyar
Dolaşırdım öz-özümə, coşub əsdikcə ruzgar;
O zaman ki, məni Günəş salamlardı yar kimi,
Çırpınardım ürəyimdə bir xəstəlik var kimi...
O zaman ki, qarlı dağlar örtünərdi dumana,
Dənizlərin dalğasından səs düşərdi ormana,
Uca, qorxunc qayalardan ilham alib yazardım;
Qaranlıqlar çökən zaman düz yolumu azardım;
Gecələrdim təbiətin qucağında çox zaman,
Mən nə idim, bir çöl quşu... - Çöldə yaşarmı insan?
- Köçəridir xalqımızın çox hissəsi əzəldən,
Nə söylədimsə doğrudur, yaratmadım bunu mən.
Günəş azca qızan kimi çəkilərdik bağlara,
Dağlar bizə mehribandır, sığınaraq dağlara.
Üç ay yayı keçirərək göy yaylaqlar başında,
Yurd salırıq o yerlərin torpağında, daşında.
Şahinlərin qıy vurması, buludların axması,
Uzaq-yaxın üfüqlərdə şimşəklərin çaxması,
Ürəklərə naşə səpər, könül səadət izlər;
O yerlərdə cana gələr sarı, solğun bənizlər...
Nə zaman ki, arabalar köç yoluna düzülər,
Kəndli yoldaş əkinindən, biçinindən üzülər,
Yazlıq əkin işlərini unudurlar tamamən.
Yaşamışıtm dönə-dönə çox görmüşəm bunu mən.
Tarladakı sünbülləri dənlər köçəri quşlar,
Gecələr çox səssiz olur, yalnız ular bayquşlar.
Yayın orta aylarında gün otları yandırır,
Hərəkətsiz o təbiət məzarlığı andırır.
Salon səssiz bir hal aldı, hərəkətdən əsər yox.
Səhnədəki oynaq bir gənc söyləyirdi monoloq: - Buludlar oynaqdır, sanma şaşqındır.
Dənizlər dalğalı, sular daşqındır;
Həyat dedikləri hərəkətdədir,
Bu ölməyən qanun təbiətdədir.
Fikirlər, duyğular, əməllər hər an
Dönər, təzələnər, çünki hər insan,
Dünyada hər könül yüksəliş arar,
Varlığın nə ilki, nə axırı var.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-konsert-axsami
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ağlının qan Cavanşir Əmir Aslan gəlirMərd ü mərdanə olub azim meydan gəlir
با خدا گر واگذاری کار خویشبد نبینی هرگز از کردار خویش
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Səadətnamə, 70روی گازر سیه شد از خورشیدجامه بنگر که خود شده است سپید