İnqilab yurdu
Dedilər hər sabah, hər axşam yenəBaxırsan yollara həsrətli gözlə...Mən də az anmıram o günləri ki,Alardın könlümü bir şirin sözlə.Söylə, yadındamı o zaman ki, mənƏlvida söylədim tanışlarıma;Duydum ki, inlədin, sızladın qəlbən,Dönüb göz gəzdirdin baxışlarıma...O gündən bəridir heç görüşmədik,Mümkünmü duymamaq keçən günləri?Nə bir danışmadıq, nə gülüşmədikAyrılıq hökmünü verəndən bəri.Get, - deyirdi mənə o baxışların,Hicran günlərinin ömrü az olar.Qaydadır, boranlı, qarlı qışlarınSonunda çiçəkli, güllü yaz olar.O sözün ağlımı yığdı başıma,Unutdum hər eşqi, unutdum yarı;Bir yeni kainat çıxdı qarşımaÖpürkən alnımı şimal ruzgarı!Başqadır burada həyat, hərəkət,Yazamam günlərin bu sürətini,Dünya dəyişmişdir, dönmüşdür əvət!Torpaqdan almışdır öz qüdrətini...Bu yerdə nə hicran, nə qayğı, nə qəm,Nə Sənan eşqi var, nə də intizar;Böyük fikirlərlə məşğuldur aləm,Bəşərin ölməyən dühaları var!..Söylə, nə göstərim bu günə dair?Könüllər sərbəstdir, duyğular azad...Bu yeni dünyanın yolçusu - şairDərdli günlərini heç edərmi yad?Budur bax, gözlərim qəlbim kimi şən,Bütün kainatım, bütün varlığım,Sanasan çiçəkli, güllü bir gülşən...Bitib-tükənməyir bəxtiyarlığım.İndi mən ömrümün bahar çağlarıBilmədiklərimi bilirəm burda;Könlüm çox axtarır uca dağları,Bir gün dönəcəyəm çıxdığım yurda...
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-inqilab-yurdu
Use ← → keys to move, R for a random poem
More by this author
O alışır hər axşam,Düşünür tək, yanır tək…
Ananın öyüdüGeyib əsgər paltarını, silahlandı qəhrəman,Onun polad sinəsinə sığışmadı ürəyi.
Şəfqət bacısıGəl, ana yurdumun qızı, gəlini,İndi hünər vaxtı, qeyrət dəmidir.
Qızıl şahinlərTərlan kimi qıy vuraraq buludlardan-buludlara,Uçub gedir şahinlərim dumanları yara-yara.