Şam
O alışır hər axşam,Düşünür tək, yanır tək…Həsrətləmi yanır şam,Göz yaşları tökərək?
Deyin, neçin o laldır,Bu dilsizlik nədəndir?Deyin bu nə sualdır,Hansı bir sinədəndir.
Ah! Bu şamın ürəyiAlışdıqca hər gecəİnsan oğlu şam təkiBəzən yanır gizlicə.
O gizlicə yanır ki,Yerdən ucalsın bir az…İnsanın dərdi var ki,Onu açıb-ağartmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-sam
Use ← → keys to move, R for a random poem