Təzə il
Vaxtdır qədəhləri qaldırın dostlarİçək təzə ilin şərəfinə biz;Al geyib gələcək yeni bir bahar,Var olsun ömrümüz, səadətimiz,İçək təzə ilin şərəfinə biz.
Həyat bir dastana bənzər əzəldən,Oxunar aləmdə o varaq-varaq.Daimi deyilik nə siz, nə də mən,Bizdən bu dünyada hünər qalacaq,— Oxunar aləmdə o varaq-varaq.
Gəlib dolansa da min bahar, min qış,Yaşamaq eşqiylə çırpmır ürək!Alqış, bu müqəddəs diləyə alqış!İnsan əməlilə dövran sürəcək,Yaşamaq eşqilə çırpınır ürək!
Keçdi gəncliyimdən otuz beş bahar;Keçdiyim yollara baxdım bir daha.Nə qədər az imiş məndən yadigar!..Lakin öz qapımı açdım sabaha…Keçdiyim yollara baxdım bir daha.
Gəl, gəl, gözəl sabah! Gözəl günəş gəl!Sağımda, solumda qoşa dayanın.Böyük bir aləmdir hər kiçik əməl…Mənim bu eşqimlə qoşa da yanın,Sağımda, solumda qoşa dayanın!
Sən ey xumar gözlü sevdalı səhər!Səni də insanın eşqi yaşadır.Ey bu gün dünyaya gələn körpələr,Göz açın, yurdumuz nə tamaşadır,Sizi də insanın eşqi yaşadır…
Əkiz yaranmayır sizinlə nə qəm.Nə də ki, tarixin acı göz yaşı.Səadət sizinlə başlanır desəm,Doğrudur Qalmamış no zülmün daşı,Nə də ki, tarixin acı göz yaşı.
Budur budaqdakı hər yaşıl yarpaq,Tarixlər yaşamış bu qara torpaq,Hər axar çeşməmin xoş zümzüməsi,Bu şeir dünyası, bu sənət səsi,Hər duyan ürəkdən qopan arzular,İnsanlıq dediyim bu gözəl bahar,Bu ana torpağı, bu ana Vətən,Üstünə gün doğub küləklər əsənBaş-başa çatılmış bu qoca dağlar,Vüqarı qəlbim tək bu uca dağlar,Şairə göz vuran hər çiçək, hər gül,öz yas köynəyini soyunmuş bülbül,Dilsiz körpəsini basıb bağrına,Şirin yuxu görən müqəddəs ana,Bu şeir yurdunun böyük kəlamı,Yurdunu seyr edən qoca Nizami,Onun dalğalanan könül dənizi,Leylinin təzədən gülən bənizi,Fərhad külüngünün nişanələri,Tarixin ən gözəl əfsanələri,Bu köhnə dünyanın təzə mənası,Ağ günlər əsrinin bu simfoniyasıÖmrü uzatdıqca dillənir varlıq,Bizə nələr deyir bu bəxtiyarlıq?!Deyir ki: — Dastandır həyat əzəldən,Oxunur aləmdə o varaq-varaq,Daimi deyilik nə siz, nə də mən.Bizdən bu dünyada hünər qalacaq,Oxunur aləmdə o varaq-varaq.
Vaxtdır qədəhləri qaldıraq, dostlar!İçək təzə ilin şərəfinə biz!Al geyib gələcək yeni bir bahar,Var olsun ömrümüz, səadətimiz,İçək təzə ilin şərəfinə biz.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-teze-il
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Sanei-qüdrətdən siyəb xallarınSanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
Tellər oynadıBir mən idim, bir sən idin, bir də yamaclar...Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.