Ala gözlər
Yenə qılıncını çəkdi üstüməQurbanı olduğum o ala gözlər.Yenə cəllad olub durdu qəsdiməQələm qaş altında piyalə gözlər.
Başımdan getmişdi sevdanın qəmi,Xəyalım gəzirdi bütün aləmi.Bu dustaq könlümü, deyin yenəmiÇəkdiniz sorğuya, suala, gözlər?
Sevda yolçusuyam əzəl yaşımdan,Könlüm ayrı gəzir can sirdaşımdan;Dağıdır huşumu alır başımdanSüzülüb gedəndə xəyala gözlər.
Gərdənin minadır, boyun tamaşa,Ay da həsəd çəkir o qələm qaşa.Bir cüt ulduz kimi verib baş-başaYanıb şölə salır, camala gözlər.
Mənim sevgilimdir o gözəl pəri,Qoy üzə vurmasın keçən günləri.Mən qədir bilənəm əzəldən bəri,Sizinlə yetmişəm kamala gözlər.
Cahanda hər hökmü bir zaman verir,Dünən dövran sürən bu gün can verir.İllər xəstəsiyəm yaram qan verir,Siz məni saldınız bu hala, gözlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-ala-gozler
Use ← → keys to move, R for a random poem
More by this author
Onun qaydasıdır binadan, başdan,Hələ gün çıxmamış qalxıb obaşdan,
RustaveliXaqanilər, Nizamilər yetişdirən bir vətənin,Oğlu, qızı şeir yazır yubileyinə bu gün sənin.
Axar çaylarYaz gələndə daşıb gələr,Dağı-daşı aşıb gələr,
Qız və romanGüllü sarmaşıqlar içində yalqızYaşıl bir eyvanda sevdalı bir qız.
Poems by other poets
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
هر که را با سرِ زلفِ سیه افتد کارشچون سیه کاران آشفته بود بازارش
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,