20 bahar
"Açılmış fikrimin azad yelkəni,
Tarix öz qoynunda isidir məni.
Min illik bir ömür seyr etsə azdır
Bu azad torpağı azad ölkəni".
-PROLOQ**
Ulduzlar sayrışır mavi göylərdə,
İnsanlar çalışır, yaradır yerdə.
Yerdəki hər soyuq daş parçasından
Bir saray yaradır sənətkar insan.
Təbiət bizimlə durub diz-dizə,
Başından keçəni danışır bizə.
Onun da dərdini yazır sənətkar,
Dünyanın nə uzun macərası var.
Əzəldən böyükdür insanın adı,
Yorulmaq bilməmiş əqlin qanadı.
Gör insan əlinin nə qüdrəti var,
Dönür gülşən olur min xarabazar.
Sinədə gizlənmiş əl boyda ürək
Göylərin bağrına nərə çəkərək.
Dumandan sıyrılıb, buludlar aşır;
Doğrudan, insana hünər yaraşır.
İnsandır zövq alar axar sulardan,
Əlilə qurduğu min bir bahardan.
Kim bunu bilməyir deməsəm də mən?
Bu gözəl aləmin hər nemətindən
Başqa bir zövq alır düşünən insan;
Ürək zövq almasa yaratdığından
Ümid çırağının şöləsi sönər,
Xəyalın səhəri zülmətə dönər.
-I simfoniya***
Bakı, pəncərəsi açıq bir bina
Xəzər dəryasını basmış bağrına.
Al geyib qızarır yeno üfüqlər.
Bir azdan gözünü açacaq səhər.
Gəlir qonşuluqdan piano səsi,
Qəlbə qanad verir onun nəğməsi.
Dağıtmış yuxumu yenə gözümdən.
Əzəldən nəğmələr aşiqiyəm mən.
Piano önündə gözəl bir pəri,
Xəyala getmişdir onun gözləri.
Sakit baxışları xumar-xumardır,
Hər duyan ürəyin bir eşqi vardır…
O gözəl dilbərə ad verək: Bahar —
Keçmişdir ömründən iyirmi bahar.
Onun vicdanında yoxdur bir ləkə,
Güvənir eşqinə əziz bir ölkə.
Piano üstündə göyərçin əllər
Gəzdikcə danışır şirmayı dillər.
Bahar öz ömründən gül dərə-dərə,
Bir bayram töhfəsi yazır ellərə:
"Yaz gününün səfası var,
Şırıl-şırıl axan sular
Gülür bizə;
Qəlbimizə
İlham verir bu ilk bahar.
Bu dünyadan şadlıq apar.
Bayrağını çəkmiş səhər
— Gəl səhərin gülünü dər.
Bizim eldə,
Bizim dildə
Bir məsəl var, bilsən əgər:
"Zər qədrini zərgər bilər!"
Gül açmışdır səhər çağı
Qadınlığın gül yanağı.
Bu bağa gəl
Ovlağa gəl
"Açıldıqca könlüm bağı
Söndü ömrün qəm çırağı…
Yarandığı gündən bəri
Hər xəyalın şah əsəri
Qanadlıdır,
Nə dadlıdır
Ana yurdun nəğmələri"
Belə yazır gözəl pəri…
Ağlatmayır insanları
Leyli-Məcnun dastanları.
Məcnun gəzmir dağı, düzü —
Məhəbbətin güldü üzü…
Sevdaya bax
Alqışlayaq
Bu bəxtəvər ömrümüzü.
Hörmətdədir sözün düzü…
Xəbər aldım Nizamidən, Deyir:
"Xoşbəxt oldu Vətən,
Öz sevgilim —
Ana dilim
Can qurtardı yad əllərdən
— Təzə gəldim dünyaya mən!"
Ana yurdun qız-gəlini
Vaqifin də heykəlini
Ürəyində,
Diləyində
Qaldırmışdır bir dağ kimi,
Yandırmışdır çıraq kimi.
Sənət ömrün ilk bağıdır.
Gözəl şeir qəm dağıdır…
Şahidik biz —
Vətənimiz
Məhəbbətin qucağıdır,
Şeir, sənət ocağıdır.
Şirmayı dillərdə süzür barmaqlar,
"Səadət nəğməsi" yaradır Bahar.
Musiqi can verir ruha əzəldən,
Musiqi qəlb alır min bir gözəldən.
Xəyalı oxşayan hər təranəsi
Bir şair qəlbidir, bir canan səsi.
Hər incə pərdənin öz aləmi var,
Bəzən nəşəsi var, bəzən qəmi var.
Musiqi daşları gətirir dilə,
Ram olur səsinə vəhşilər belə…
Bu gün də zövq alır hər duyan insan
Böyük Bethovenin simfonyasmdan.
O bəzən düşünür dəniz kimi lal,
Onun sahilinə çatmayır xəyal.
Bəzən də əsdikcə könül ruzgarı,
Coşur xəyalının şah daldaları.
O gözəl sənəti dinlədikcə biz
Hörmətlə çırpmır ürəklərimiz.
Çal, gözəl Baharım! Bahar çağıdır,
Bülbülün vətəni ellər bağıdır.
Çal ki, ayaqlarım yerdən üzülsün,
Yarpaqlar danışıb, çiçəklər gülsün.
Çaldığın havalar bizə həmdəmdir,
Çaldığın nə hicran, nə də ki, qəmdir.
Sən azad bir elin azad qızısan.
Sən həyat aşiqi, həyat qızısan.
Gəncliyin dolmuşdur iyirmi yaşa
"Gərdənin minadır, boyun tamaşa".
Başla musiqiylə bizim bayramı,
Əlində yaylığı oynasın hamı.
-II simfoniya***
Eşit bu nəğməmi, Təbriz gözəli,
Adındır eşqimin ilki, əzəli.
O qəmli gözlərin intizardadır,
Xəyalın qəfəsdə ömrün dardadır
O gün ki, parladı şahların tacı,
Sən oldun bir çörək, bir haqq möhtacı.
Yeyildi varlığın çeynəndi ömrün;
ömründə şadlanıb gülmədim bir gün.
Füzuli şerində adın var sənin,
Qüssədir ovlağın qəmdir vətənin
Pərişan saçların nə tanmardın..
Ruhunda ağlayan bir neymi vardır?
Bizim ki, atamız, anamız birdir,
Qəlbimiz, eşqimiz aul deyildir.
Mən azad olmuşam, adım da Bahar,
Səninsə qəlbində bülbüllər ağlar!
Düşdü qılınc kimi ortadan Araz…
Fəqət, yaman günün ömrü çox olmaz.
Ah, bacım! Ürəyin çəkildi dara!..
Təpədən-dırnağa geyindin qara…
Döyünən qəlbinə köksün dar oldu,
Yediyin, içdiyin zəhrimar oldu.
Ağ sinən üstündə od qalandıqca,
Eşqin, məhəbbətin tapdalandıqca,
"Möhnət çəmənindən gül dərə-dərə’’.
Ucaldı şairin ahı göylərə:
"Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım;
Oyadar xəlqi əfqanım,
Qara bəxtim oyanmazmı?"
-
Füzuli yurdunun qom səsidir bu,
Pərişan bir elin naləsidir bu.
Yox, yox, bu nalələr, bu acı qəmlər,
Çəkdiyin ağrılar, dərdlər, sitəmlər
Ağ gündən müjdələr vermədi sana,
Yatdığın yuxudan baş qaldırsana!
Dur, bacım! Haqqını sən özün istə,
Dur and iç Babəkin məzan üstə,
Elləri bir yeni, ağ günə səslə,
Sani günəş rəngli bir al bayrağa,
Səsinlə elləri qaldır ayağa…
Azadlıq eşqiylə hayqırdıqca sən,
Ellər ilham alsın ana səsindən…
Yandır ürəyini zülmətə qarşı,
Atıl cəbhələrə aslanlar kimi.
Hünərlə atılır hər zülmün daşı,
Kükrəyib bağıran bir ruzgar kimi,
Çağır döyüşlərə öz sevgilini;
Öz ana qəlbini, ana dilini
O düşmən əllərdən özünə qaytar,
Qoy öpsün alnını gül üzlü bahar.
-Əks-sada***
Axma, Araz! Dayan, Araz!
İnsaf eylə bizə bir az.
Bir ürəyi iki yerə
Cəllad kimi bölmək olmaz…
Azəridir mənim adım.
Bağlansa da qol-qanadım,
Dünya bilir şöhrətimi,
Mən ki, bir qul yaranmadım…
Yüz ildir ki, dustağam mən.
Qürbət olmuş mənə Vətən.
Min haqqımı çeynəmişdir
Hər tac qoyub yoldan ötən.
Təbriz oğlu! Təbriz qızı!
Yadlar yedi haqqınızı.
Bir üsyanla doğacaqdır
Azadlığın dan yıldızı!…
Babam kəndli, qamı acdır,
Bir çörəyə o möhtacdır.
Gecə-gündüz çalışsaq da.
Qazancımız ehtiyacdır.
Sulu daxma… torpaq qara..
Çəkilmişdir ömür dara.
Dözə bilməz insan oğlu
Bu gönsoyan qanunlara.
Qara gəldi ruzgarımız,
Talan oldu hər varımız.
Yaz əkinçi, qış dilənçi,
Yenə boşdu anbarımız.
Vətən oğlu! Vətən qızı!
Yadlar yedi haqqınızı;
Bir üsyanla doğacaqdır
Azadlığın dan yıldızı!…
-EPİLOQ**
Günəş doğub səhər oldu,
Ay geyindi gözəl Bahar,
Düz iyirmi yaşa doldu
Ana yurda gələn bahar.
Gözəl Bakı başdan-başa
Bəzənmişdir al qumaşa.
Al bayraqlar eyvanlardan
Baş əymişdir yollar üstə.
Azad torpaq… azad insan
Gəlib keçir dəstə-dəstə.
Hər dodaqda bir gülüş var,
Hər baxışdan günəş parlar.
Əldə qarmon, sinədə tar
Salamlayır yaz elləri.
Yallı gedir qatar-qatar
Ana yurdun gözəlləri.
Gözün aydın, gözəl Bakı,
Toy-bayramdıı qoynundakı!..
Aç paradı, Qızıl Ordu!
Addımında əzəmət var.
Baxıb desin ana yurdu:
Bəslədiyim mərd oğullar
Ad qoymuşdur bu dünyada,
Ana südü getməz bada!
Qoy səsindən gülsün Vətən,
Ellər baxıb uğur desin;
Dağlar yaran mərd səsindən
Uzaq göylər cingildəsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-20-bahar
Use ← → keys to move, R for a random poem
More by this author
O gün ki, üstünü cəlladlar aldı,Günahsız töküldü müqəddəs qanın.
Mən tələsmirəmDostlar, badələri qaldırın içək!Gecə ulduzludur, hava da sərin.
GödəkcəDostum! Moskvada, iki il qabaq,Qarlı bir qış günü bir evə dolduq.
Yada sal məniAşıq Şəmşir, Dəlidağdan keçəndəKəklikli daşlardan xəbər al məni.
Poems by other poets · Homeland
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Təbrizi görməyincəKönlümdə tufan olar,Könlüm boşalar, dolar,
شبم ز شهر برون برد و راه خانه نمودچو وقت آمدنم دیر شد بهانه نمود
Yaxşı ki, gələcək varYaxşı ki, insanlar ölüb gedirlər,Yaxşı ki, doğulub gəlir insanlar.