Mən hazıram (Səməd Vurğun)
Bu gün mənimSağlam bədənimdə qan-tərə batanVə yatanBir saat kimiqəlbimiBir şad xəbər salamladı:Dedilər: "Sinif qovğasıdır"Gələcək hərbin adı.İgid bir əsgərvə qəhrəmanBir komandan kimi bəzənİçimdə mənQalın və dolama yollar aşaraq –Şrak!Şrak!Şrak!Atılan güllələrə sinə gərirəm,Düşmən ordugaha yol göstərirəmvə deyirəm:Qollarında qüvvət,Ürəyi sağlam bir gənc üçünYaralanmış bir göyərçin kimiQanadlarını sallayaraqUcuz ölmək gülncdür.Burax, dedim -Məni burax!Dayanılmaz hərəkət...Azad nəfəs aldığım bu məmləkətHalal etməz igidlərin qanını,Mən hücumdan geri qalsam!Dəmirdir əsam.Nişan alsalar da gözlərimin qarasına –Bolşevik qəlbimlə,hazıram mən dəGələcək sinif qovğasına!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-men-haziram
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
BükülmüşBu yer gözəlinə nabələd oldum,Söz dedim, qurumuş dilə bükülmüş.