Bülbül və bağban
Gözəl bir bağçada bir bülbül vardı,Budaqdan-budağa uçub qonardı.Onun yuvasıydı gülün yarpağı,Dilindən düşməzdi vətən torpağı.Güllər boy atardı onun səsiyləÇiçəklər yatardı xoş nəfəsilə.Bülbül bu gülşəndən ilham alardı,Gündə şadlığından qanad çalardıBaxıb hər çiçəyə, hər qərənfiləŞərqilər deyərdi o gülə-gülə.Bu bağın, bağçanın sahili bağbanBülbülü eşq ilə dinlərdi hər an.Hər bir şərqısini duyub dərindən,Zövq alardı onun nəğmələrindən.O dünya görmüşdü, bilirdi əlbət,Bir ölməz qüvvədir cahanda, sənət.Bilirdi sənətin, şerin qədrini,Dinləmək istərdi gündə birini.Bilirdi noğməsiz keçən birÖmür Bir gülşən olsa da, viran görünür...Gəlib söyləyirdi hər gün bülbülə:"Səhərdir yenə coş, yenə gəl dilə,Eşitsin səsini ellər, obalar,Oxu, yurdumuzun ağ günləri var;Bu torpaq, bu hava sənə tanışdır,Qəlbinin simini tez-tez danışdır".Bülbül bu rəftardan qüvvət alardı,Qəlbini saz kimi tutub çalardı.Baxaraq güllərin ilk qönçəsinə,Söz verərdi konül kəmənçəsinə.Bağban deyərdi ki: "El bəxtiyardırBizim də bağçanın bülbülü vardır".Günlərin birində bağın yanındanBir atlı oğrunca keçdiyi zamanBülbülün səsinə uyaraq durdu,O gün şeyda bülbül xallar vururdu.Atlı çox dinlədi quşun səsini,Bir aydın səhərin nəşidəsini,Ah, dedi, nə gözəl oxuyur bu quşKönlüm ləhcəsinin əsiri olmuş...Dayan bir fənd qurum indi bülbülə;Onu bir dost kimi tutaraq diləBurdan öz bağıma uçuram gərək,Yoxsa partlayacaq sinəmdə ürək.Atlı bu niyyətlə keçib irəli,Dedi: "Bülbül qardaş, illərdən bəriSənin sənətinə heyranam inan,Könlüm ayrılmamış bir gün yanından.Nə gözəl, nə şirin avazın vardır,Bu bağın bağbanı nə bəxtiyardır.Fəqət bilirsənmi başında nə var?Sənə həsəd çokən ala qarğalarŞikayət eyləmiş sizin bağbanaAdmı salmışdır qara böhtana.Tez ol, öz başının çarəsini qıl,Təbiət sənə də vermişdir ağıl.Gəl, atıl çiynimə gedək uzağa,Bu gündən bülbül ol sən bizim bağa.Gedək, çox gözəldir söylədiyim bağ,Sənin yuvan olsun hər yaşıl yarpaq.Yoxsa günün burda qara keçəcək,Bir tikan olacaq sənə hər çiçək"Qabardı tükləri şeyda bülbülün,Dedi: "Aşiqiyəm bu doğma gülün,Bu bağlar, bağçalar, ellər mənimdirBunlar öz vətənim, öz vətənimdir.Doğma oylağımdır bu daş, bu torpaq,Anamdır, yuvamdır bu gül, bu yarpaq.Mən burdan almışam şeri, ilhamı,Andıma, əhdimə şahiddir hamı.Azaddır ilhamım, azaddir səsim,Mən burdan ayrılsam, donar nəfəsim.Get alçaq! Dediyin böbtandır mana,Doğma balasını atarmı ana".Atlının ağzında kəsildi sözü,Kinindən qızardı fitnəkar gözü.Çəkdi qamçısını başı aşağa,Bülbül qanad çalıb qalxdı budağa.Atlı dayanmadı, qoşdu bağbanaDedi: "Ağlayıram sənin halınaBudur, bax, tökülür yanağıma yaş.Başına çarə qıl, a bağban qardaş.Sənin bağındakı bu bülbül ki var,Sinəmə çəkmişdir çal-çarpaz dağlar.Bir zaman o bizim bağda yaşardı,Səhərlər çox şirin ləhcəsi vardı.Mən də sənin kimi sevərdim onu,Bilməzdim bəduğur quş olduğunu.Bir gün çiçəklərim, güllərim soldu,Ömrümün sarayı pərişan oldu.Qurudu bağdakı şitil tənəklər,Kökündən ayrıldı taza çiçəklər.Bu durdi mən kimə söyləyim deyə,Diz çöküb yalvardım o dilsiz göyə.Həkimlər, loğmanlar yığıldı dərhalBu dərdin sirrini mən etdim sual;Axtarıb, düşünüb, fikirləşdilər,Nəhayət, verdilər belə bir xəbər:Görünür, bu bağda yaşayan bu quşAnadan olan bəduğur olmuş.Tez axtar, onu tap, uçur bu bağdan,Qoy səsi, nəfəsi gəlsin uzaqdan.İndi haman bülbül sizə dadanmış,Özüylə hər yaza gətirir bir qış.Özünü sevdirir xeyli zamandır,Ayağı bəduğur, cinsi yamandır.Qovun birdəfəlik bu bağdan onu,Yoxsa qış olacaq bu yayın sonu".Bağban dünya görmüş bir arif idi,Atlnı aldadıb "yaxşı, get", - dedi.Sonrasa bülbülün gəldi yanınaBu gülünc nağılı danışdı ona.O dedi: "Bülbülüm, inanıram mən,Şirin nəğmələrin qopur ürəkdən.Sən sudan durusan, aydan da arı,Könüldən sevirsən bizim gülzarı.Yüz yalan qussa da hər gəlib-gedən,Yenə də çal-çağır öz yuvanda sən.Bülbül qanad çalıb, sevindi yenə,Söz verdi qəlbinin yumşaq telinə.Körpə bir oğluyam şerin, sənətin,Sinəm meydanıdır sözün, söhbətin.Başımda tutmuşam bir günəş kimiBöyük bayrağını əbədiyyatın.Hər tətmz ürəyin ötən səsiyəm,Bu bağın, bağçaınn ilk qönçəsiyəm.Ellər bayramının, ellər toyununƏllə çalınmayan kəmənçəsiyəm.Karvanım yol alıb gedir bir başaÖmrümdə yelkənim döyməmiş daşa.İşığa qardaşam, zülmətə düşmən,Xəyalım günəşlə durur baş-başa.Mən ilham almışam axar sulardan,Könlüm ayrılmamış ilk arzulardan.Kəsilməz ayağı şeyda bülbülünAl geyib bəzənən güllü bahardan.Könül hər çiçəyə istər yar olsun,Bir bahar içində min bahar olsun.Mən ki nəğmələrçin yaradılmışam,Eşqim, səadətim, baqqını var olsun.Körpə bir oğluyam şerin, sənətinSinəm meydanıdır sözün, söhbətin.Başımda tutmuşam bir günəş kimi,Böyük bayrağını əbədiyyətin.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-bulbul-ve-bagban
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gün məni lap boğurdu hicran,Hicran deyə bir səyahət etdim…
ŞuşaQoynuna girməyə qalmışdır bir az,Könül fərəhlənib eylədi pərvaz;
ZeynalKöhnə bir evciyəz gördüm, içi toz, torpaq,Sökük divarları var hisli, paslı.
ÇiçəkGözəl çiçək, dalğalanır dağ döşü,Nədir o tərpəniş, dəryamı yoxsa?
Poems by other poets · Nature and spring
Halımı bil, ey səba, etməgə cananə ərz.Bülbüli-bidil qəmin eylə gülüstanə ərz.
Əgərçi xoşdu mənə ətri, həm səfası gülünƏgerçi xoşdu məne etri, hem səfası gülün,Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
Payız çağındaPayız çağında hər səhər soyuq-soyuq külək əsər.Ağaclara, budaqlara dəyəndə yarpağın tökər,