Qəzəl: Dilər könlüm ki yar əğyar ilə yar olmasın, yarəb
Dilər könlüm ki yar əğyar ilə yar olmasın, yarəbCahan tavar olsun, yar əğyar olmasın, yarəb
Mənim tək bülbülün qan oldu bağrı xar qədrindənBu dil bilməzlərə heç kim giriftar olmasın, yarəb
Könül min dərdə dərman etmək üçün bir nigah istərSənin bimar çeşmindən ki bimar olmasın, yarəb
Nə lazım zahidə tərğibi-eşq, mən'i-zöhd etməkKim ol surət bu mənidən xəbərdar olmasın, yarəb
Müalicilər usanmış ahi-zarından, nə dildir buKi heç kafir evində belə bimar olmasın, yarəb
Əlində zahidin təsbihi min zünnar işi işlərKi kafirlər nəsibi belə zünnar olmasın, yarəb
Giran kamız ol əksü gecə bahalar mahi-Kən'anəSözümə bibəsirətlər xəridar olmasın, yarəb
Ayağa baş qoyub qəflət yatından pasiban olmuşQiyamətdə dəxi ol fitnə bidar olmasın, yarəb
Sənə Qövsi kimi çox vardı məhvəlayiz əl, ammaOntək var isə səndən özgəsi var olmasın, yarəb
Kitabxana.az · https://kitabxana.az/en/works/qovsi-qezel-diler-konlum-ki-yar-egyar-ile-yar-olmasin-yareb
Use ← → keys to move, R for a random poem
More by this author
Təşnəyi-gülzari-dağı-laləzarəm, ah ah,Təxtəyi-məşqi-cünuni-nobaharəm, ah ah
Qəzəl: Saldı ol sərvi-rəvan saya həvaxahlaraSaldı ol sərvi-rəvan saya həvaxahlaraAyağı bağlılara, əlləri kotahlara
Qəzəl: Qan içmə könül saqiyi-xunxar gəlincəQan içmə könül saqiyi-xunxar gəlincəSəbr ilə gözüm növbəti-didar gəlincə
Qəzəl: Yetərmi rişteyi-can gövhəri-yəganə sənəYetərmi rişteyi-can gövhəri-yəganə sənəKi gün kəməndi onun yetməz astanə sənə
Poems by other poets · Love
Ey ağalar necə olurHalı yardan ayrılanın
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,