Saldı ol sərvi-rəvan saya həvaxahlaraAyağı bağlılara, əlləri kotahlara

Qanı öz boynuna dir, keçmiyən öz qanındanGər nigahın düşə məhşər günü xunxahlara

Kakilin fikrinə mən elə ki çulğaşmış idimÇıxar idim göyə yapışsa idim ahlara

Saya-i lütf salıb başıma bir sərkəş kimBoynun əyməz sər küyündə gəda şahlara

Aləmin dərdisəri əql imiş, ey bixudlarBunu məndən eşidib siz deyin agahlara

Nə qədər yandırır od şami-qəriban QövsiVerirəm şam kimi arxa səhərgahlara

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets