Qəzəl: Ol gün ki zülfin ol sənəmin şanə qıldılar
Ol gün ki zülfin ol sənəmin şanə qıldılarZəncirə çəkdilər məni divanə qıldılar
Ol gün ki rövşən etdi fələk şəm'i-arizinMehr ilə mahın adını pərvanə qıldılar
Bir tazə güldən ötrü məni əndəlib təkSərfi-nəvayi-naleyi-məstanə qıldılar
Ol gəncdən nişan mənə bir kimsə vermədiBilmən nə vəchdən məni viranə qıldılar
Eşq ilə kim ki yandı, mən oldum kabab onaHər şəm'i yaxdılar, məni pərvanə qıldılar
Çox mən kimi əsiri özündən bu xublarBir azca iltifat ilə biganə qıldılar
Məcnun fəsanəsini unutsa nolurdu xəlqQövsi, bu növ kim səni əfsanə qıldılar
Kitabxana.az · https://kitabxana.az/en/works/qovsi-qezel-ol-gun-ki-zulfin-ol-senemin-sane-qildilar
Use ← → keys to move, R for a random poem
More by this author
Hər qədər gül lətif ola, ruxsarın özgədirNərgis nə olsa, çeşmi-fusunkarın özgədir
Qəzəl: Bir yol demədinmi kim könül ol yar kimindirBir yol demədinmi kim könül ol yar kimindirEy kaş biləydin ki bu bimar kimindir
Qəzəl: Nolə ki bağrımı həm çeşmi-giryan eylərNolə ki bağrımı həm çeşmi-giryan eylər,Mənə fərman özünündür nə ki canan eylər
Qəzəl: Nə sərkəş şölədir bu boy, bu nə qədd, nə qamətdirNə sərkəş şölədir bu boy, bu nə qədd, nə qamətdir,Qiyamətlər qiyamından qiyam etmiş qiyamətdir
Poems by other poets · Love
Neyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Fələyin bir belə dövrü olacağmış, nə bilimFələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.