Hər qədər gül lətif ola, ruxsarın özgədirNərgis nə olsa, çeşmi-fusunkarın özgədir

Mən qönçəyə yaman deməzəm, nüktə tutmazamSöz bundadır ki, ləli-gövhərbarın özgədir

Tubada var rəunət və əndami-sərvdəAmma xirami-nəxli-bəlabarın özgədir

Yox vaizin sözünə sözüm kim behişt varKüyün bir özgə cənnət, didarın özgədir

Qövsi, əgərçə var cəfapişə dostlarAmma sənin hərifi-sitəmkarın özgədir

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets