Qönçeyi-gül ta gülüstanın çırağın yandırırƏndəlibin pərdeyi-çeşmində yağın yandırır

Yanaram ah etməsəm, gər ah çəksəm ah kimBülbüli-biçarənin bağ-bulağın yandırır

Eyləmişdir şami-hicran sinəmi zülmətsəraBu səbəbdən onda canan şəm' dağın yandırır

Eşq əhli aşiq istər cümlə əhibbanı kimSəməndər mizban olsa, qonağın yandırır

Gərmdir əz-bəs nigahım, yandırır göz pərdəsinVəh nə sahbadır bu sahba kim ayağın yandırır

Yandırır ol atəş ilə xanimanın aqibətHər kimin gərdunu-dunpərvər çırağın yandırır

Ol gül üçün bağban nazın çəkər hər xardanNükhəti-gül gərçə Qövsinin dimağın yandırır

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love