Bir yol demədinmi kim könül ol yar kimindirEy kaş biləydin ki bu bimar kimindir

Məhcur mənəm, özgəyədir guşeyi-çeşminMəxmur kim və saqəri-sərşar kimindir

Könlüm mənim avarə və sən qeyr qəmindəKim xanəxərab olmuş və memar kimindir

Mən təşnəliyəm, sən suyu torpağa səpərsənBimar pərişan kim və timar kimindir

Getdi könül əldən, rux-zülfün həvəsindənViranə kimin, gənc kimin, mar kimindir

Bir pillədə dir cəm qardaş ilə gövhərYusif necə bilsin ki xəridar kimindir

Zahid, mənə gəl söylə, gələn dini sorsanTəsbih sənin, halqeyi-zünnar kimindir

Yoxdur xəbərim kim könül olmuş kimə heyranAyinə nə bilsin sər-bazar kimindir

Hər niş ilə bir nuş gərək bar ola, QövsiGər xar sənindir, gül bixar kimindir

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love