Bir qəlb ki, çalxalanar
Bir qəlb ki, çalxalanar, hər zaman coşar,Tufanlar keçirən dəryaya bənzər.Qafqazda çırpınar, Altaya qoşar,Dağlardan atılan bir yaya bənzər.Of... bu yerlər yazıq ruhuma dardır,Kəsilmiş yollarım dumandır qardır.Vaxta ki, bu hüdud, bu sərhəd vardır,Ömür dedikləri röyaya bənzər.Sən ey mərhəmətsiz, duyğusuz, casus!Ey sərvət dünyası, sən sürün, sən sus!Bəşər qardaşlığı tərk etmiş, əfsus!Hər əməl dumanlı xülyaya bənzər.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-bir-qelb-ki-calxanar
Use ← → keys to move, R for a random poem
More by this author
Siz ey dost olduğum, qardaş olduğum,Siz ey hər sirrinə sirdaş olduğum,
MoskvaSən ey xəyalilə deyib güldüyüm,Qədrini canımdan əziz bildiyim.
OktyabrSən ellər toyusan, ellər bayramı,Könüllər mülkünün laləzarısan.
Ukrayna partizanlarıDe, kimdir gecənin bağrını dələn?Düşmənin üstünə ley kimi gələn?