Mən and içmişəm ki, bir də qələmimGözəllərdən ilham almayacaqdır.Peymanını pozan xəyal həmdəmimDərgahıma sayə salmayacaqdır.

Keçindim nə yaman dərdi-hal ilə,Bir qara üzlü, ah, ideal ilə...Açılmaz ürəyim hər vüsal ilə;Onlardan yadigar qalmayacaqdır.

Hesablaşmaq istər könül xilqətlə,Bir sevdiyim deyil, hər təbiətlə;Gülsəm, güləcəyəm, əbədiyyətlə,Sazım gəldi-gedər çalmayacaqdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets