Sınamışam dönə-dönə bu dünyada baxtımı,Heç ömrümdə məna karşı doğru bir göz baxdımı?Əgər sən də vəfasızlıq və xəyanət göstərsən,Olacaqsan gözlərimdə qiymətsiz pul kimi sən.Açıq danış, açıq boylan örtülü pərdələrdən,Şübhə doğar, çox görmüşəm insanlarda bunu mən.Yaraşırmı sənə, Xavər, ikiüzlü yaşamak?Sonra məni uçurarsan... bir aya bak, günə bak.Ləkəsiz ol onlar kimi, bu yaraşır adma,Vəfasızlıq və xəyanət səfalətdir kadına.Varsın, məni okşamasın gözəllərin kılığıNeyləyirəm bir aşkı ki, onun var ayrılığı?Gülür günəş, gülür həyat, bu gülüşdə həyat var,Sənin görə bilmədiyin özgə bir kainat var.Uçurumlar, kayalıklar korkutmayır kəlbimi,Dayanmışam dənizlərdə, dalğalarda dağ kimi.Tufan kopsun, yellər əssin, oynamaram yerimdən,Poladlardan kurulmuşam, əyilmərəm insana mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets