Dostlar, könlüm diyarın etdi viran iztirab
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dostlar, könlüm diyarın etdi viran iztirab,Eylədi övraqi-tərkibim pərişan iztirab.
Hər kimi kim yandırar atəş, yanar ondan betər,Heyləsin gər etməsin ol bərqi-cövlan iztirab.
Qətrə gər dərya üçün bitab olur məzurdur,Bilmənəm neçün qılır dəryayi-ümman iztirab?
Mən deməm kim durgilən axşamatək, ya sübhətək,Belə amma etmə ey sərvi-xuraman iztirab.
Nəqdi-can hər vəqt ola axır sənə təslim olur,Eyləmə qətlimdə çox, ey namüsəlman, iztirab.
Eşq tək getməkdə sübhi-vəsl biaram olur,Seyl tək gəlməkdə eylər şami-hicran iztirab.
Maqta — the closing couplet bearing the poet’s pen name. Hər biri bir rəngilə Qövsi fəğan kim, qıldılar,Könlümü ab intizarü bağrımı qan iztirab.
Kitabxana.az · https://kitabxana.az/en/works/qovsi-dostlar-konlum-diyarin-etdi-viran-iztirab
Use ← → keys to move, R for a random poem
More by this author
Dilim fəğan ilədü, didə qan ilən doludur,Könül səhifəsi şərhü bəyan ilən doludur.
Həmişə şam kimi sərfi-piçü tab oldumHəmişə şam kimi sərfi-piçü tab oldum,Zəmanə hər kimi yandırdı — mən kəbab oldum.
Bülbül mənim əfqanıma qatlanmadı uçduBülbül mənim əfqanıma qatlanmadı uçdu,Yanm gecə qönçə yuxudan durdu və köçdü.
Məxı istəmənəm dərdimi cananə desinlərMəxı istəmənəm dərdimi cananə desinlər,Əhvalımı ol zülfi-perişanə desinlər.
Poems by other poets · Separation
در آرزوی گیسوی جانان گذشته است
Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarıƏgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı,Xoşam kim, hasilimdür hər zəman bir şux didarı.
Sənsiz səmadə olsa mələklərlə ülfətimSənsiz səmadə olsa mələklərlə ülfətim,Yetməm murada, onlara gər olsa rəğbətim.
آرزومندم ولیکن کو قدمدر فراقت شد وجودم کالعدم