İstərəm peyvəstə, ey rəna dolanım başına,Qoygilən əldən inanım, ta dolanım başına.

İstərəm kim, gah qurban, gah bəlagərdan olam,Gah, ey sərvi-səhi-bala, dolanım başına.

Hanı ol bəxtrəsa kim, kakili-müşkin kimi,Ya öpüm hərdəm ayağın, ya dolanım başına.

Dutgilan bir yerdə sən, ey mərkəzi-təmkin, qərar,Ha dönüm pərgar tək, mən ha dolanım başına.

Çox yamandır etimad etmək bu gündən danlaya,Ta həyatım var durum hala dolanım başına.

Ta ayaqdan salmamış saqi kimi səhba məni,Saqinin yadilə, ey mina, dolanım başına.

Şəm tək gər tərü pudum yandırırsan razıyam,Bir zaman pərvanə tək amma dolanım başına.

Ömrlərdir itmişəm, mən bilmənəm kim, handayam,Heç məni gördünmü, ey ənqa, dolanım başına.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bir-birinin halını sormaq gərək divanələr,Ver xəbər Qövsidən ey səhra, dolanım başına

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern