Zəəfi-qəmində ol kəmərin sorma halımıBir muyi-pic və taba salıbdır xəyalımı

Hər nəxl gərçə başın əyər bərgü bardanBibarü bərg gör mənim əydi nihalımı

Eşq atəşində surəti-halım soran mənəmGör yar surətini qiyas ilə halımı

Gəl gəl ki sənsiz ey gül-rəna qəfəs kimiSındırdı təngnayi-çəmən şax və balımı

Çulğaşmaq istərəm bilinə tar zülf təkSevdama görün bu xəyali-mühalımı

Qövsi bu vəchdən var qanə nisbətimGərdun aftabına verməm hilalımı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love