Sən ki saldın çöllərə məcnun tək ey Leyla məniQoyma kim sayd eyləsin hər ahuyi-rəna məni

Axır ey eşqi-sitəmgər könlümü verdin onaDemədin kim öldürər zalım bu biparva məni

Tapılıbsan kim sənin cövrindən ey mah incidimİncidirsən bu səbəbdən hər nəfəs bica məni

Qanlı istərlər kababi rindlər meyxarələrÇox daxi yandırma, gəl, ey məst biparva məni

Var ümidim kim əlindən saqi-kövsər tutəHər qədər salsa ayağdan kəməndi-mina məni

Astanındır sənin öz astanın istərəmQövsitək məhcuri qoyma belə ya mövla məni

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern