Bəzən haqq qazanır insan öləndə
Bəzən haqq qazanır insan öləndə,Hətta unudulur ağır günahı.Hamıya dərd olur, "cavan getməyi""Olduqca az görüb, az yaşamağı".Deyirlər: "Bilsəydik ayıq olardıq.Onu qoyardıqmı heç gözdən iraq?
Hər bir dərdinə də çarə qılardıq,Nə bilək o belə az yaşayacaq..."Eh, bu gün nə qədər xəyala daldım,Eh, gəldim nə qədər alışdı, dindi.Sən mənim qəbrimi biləsən deyəBu cavan yaşımda ölümmü indi?!
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-bezen-haqq-qazanir-insan-olende
Use ← → keys to move, R for a random poem