Gözüm ağlar cəmalın həsrətindən,Yanar bağrım visalın həsrətindən.

Dügünlər göydürüb kəsdim əliflər,Yüzündə xəttü xalın həsrətindən.

Məsihü Xızr iki avarədürlər,Ləbi-abi-zülalin həsrətindən.

Gülistanda quru qalmış sənubər,Sənün qəddi-nihalın həsrətindən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Keyik tək Kişvəri səhrayə düşdi,O şol çeşmi-ğəzalın həsrətindən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets