Ol ki, yüzi lalədəndir, qaməti şümşadidən
Ol ki, yüzi lalədəndir, qaməti şümşadidən,Şadidir könli, nə ğəm, ana məni-naşadidən.Eşqi yıxdı səbrü huşim evini bünyadidən,Ey könül mürği, nə rəhm umarsan ol səyyadidənKim, səfası var anun damındakı fəryadidən.
Dedim ey məh, xaneyi-əqlimni viran eyləmə,Gözlərün sürmələyüb, zülfin pərişan eyləmə,Dedi kim, bəxtin qaradur, mana böhtan eyləmə,Çünki təqdirindür iş, əxtərdən əfğan eyləmə,Hökmi-sultandur siyasət, ağlama cəlladidən.
“Kaf”ü “nun” əxtərlərinə olmayıb dövri-qəranKim səri-kuyində qılmışdur məni xaki-məkan,Mülki-həstidən hənuz nə idivü nə nişan,Könlümün lövhində oxurdum əlif qəddin rəvan,Mən daxi bir doğru hərf ögrənmədim ustadidən.Qaldı bağrım parəsi kipriklərimdən asilə,Yoxdurur bir meşribani kim, gözüm yaşin silə,Səndən özgə ülfətim yox hiç cinnü ins ilə,Sür qapundan tək məni, bir görmə hər nacins ilə,Min gəz ölmək yeg cahandə bir yaramaz adidən.
Baği-cənnət meyvəsidür ol turunci-ğəbğəbi,Abi-heyvan çeşməsi-ağzı məsihadur ləbi.Ey qulağından asılmışdur hidayət kövkəbi,Aşina cəm’in səbəbsiz dağıdıb zülfin şəbi,Uyma hər biganəyə kim, xeyir gəlməz yadidən.
Yoxdurur dəhrin vəfası, məndən eşit gerçəgin,Növbəhari-ömrə həm badi-xəzanidür yaxin.Olmagil, ey ğönçə, hər xarü xəs ilə müqtərin,Damənin çək xar əlindən, ey gül, ahimdən saqinKim, həzaran cübbeyi-gül çak olubdur badidən.
Kişvərinin könlü gər bolduysə ğəm yeri nə ğəm,Həmdəmidür naləvü həmsöhbətidir yenə ğəm.Ölsə yüz Fərhad yox bir zərrəcə Şirinə ğəm,Xanda bilsün ol ki, Əhməd bilməsin tanrinə ğəm,Şir uman su yerinə şuri-dili-Fərhadidən.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-ol-ki-yuzi-laledendir-qameti-sumsadiden
Use ← → keys to move, R for a random poem
More by this author
Sən vəfasız yar ilən yar olmasaydım kaş ki;Ya ğəmü dərdin bilə alışmasaydım kaş ki.
Yoq demə ki, nəfəs verəm Tanrı içün cəki-cəkiYoq demə ki, nəfəs verəm Tanrı içün cəki-cəki,Qıl mana busəyi-kərəm Tanrı içün cəki-cəki.
Vəh ki, qıldı natəvan bir gözləri sayru məniVəh ki, qıldı natəvan bir gözləri sayru məni,Qıldı rüsvayi-cəhan bir nərgisi-cadu məni.
Xanı sən, ey çarəsiz dərdi-dilimnin çarəsiXanı sən, ey çarəsiz dərdi-dilimnin çarəsi,Canim arami, könül məqsudi, bağrım parəsi.
Poems by other poets · Love
Gərçi məndən etdi sərkəşlik o sərvi-sərbülənd,Tapmışam təsxirinə ahi-dilimdən bir kəmənd.
O bilər – mən bilərəmBivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Sevənlər oxusun, sevməyənlər yoxSevsən bil, sevginin çoxdur əzabıHünərin var, ona gətir sən tabı!
Sevirəm, axıAy gözəl bacı,Başımın tacı.