Azadlığıma şahid qanım rəngli bayrağıÖmürlük başı üstə saxlayan şairəm mən.Hər ilin baharında vəcdə gəlib dilindəSözü şəlalələrtək çağlayan şairəm mən.

Ey cənublu qardaşım, doğru yol seçənlərin,Səttarxan bulağından büllur su içənlərin,Azadlıq vuruşunda canından keçənlərinYarasını şerimlə bağlayan şairəm mən.

Dostunun dostuyam mən, düşməninin düşməni,Mən gecəli-gündüzlü anıram hər an səni,Gözümdə yaş görməsən, qınama, qardaş məni,Ürəyimin gözüylə ağlayan şairəm mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets