Savadsız xanəndələrə
Xanəndəsən, oğlan, avazın yaxşı avazdır,Hərçənd ki, elmin, biliyin bir qədər azdır.
Eylə özünə incəsənət karını peşə,Çal musiqinin böyrünə min zərb ilə tişə.Şerin, qəzəlin qol-qanadın sındır həmişə,Dəryada üzüb, anlama, dərin ya dayazdır.Xanəndəsən, oğlan, avazın yaxşı avazdır!
“Gənc” kəlməsini “kənc” oxu, “qəm” kəlməsini “xəm”,“Əqd” isə onu “üqd” oxu, “səlm” isə “səəlləm”Ya “mütrübü” “mətrüb” oxu, “dum” kəlməsini “dəm”,Mənasını qanma, bu nə tardır, bu nə sazdır,Xanəndəsən, oğlan, avazın yaxşı avazdır!
Göstər özünü elmli, hər yerdə xoruzlan,Salmaz bu qəbahət səni, qəm çəkmə nufuzdan.Cəh-cəhlə hecanı oxu, fərq etmə əruzdan,Kimdir düşünən ya bu “Segah”dır, bu “Hecaz”dır,Xanəndəsən, oğlan, avazın yaxşı avazdır!
Öz qədrini bil, indi ki hər yerdə adın var,Söz sormağa, öyrənməyə çoxdan inadın var.Nə elmi düşüncən, nə bir orta savadın var,Zənn etmə qananlar səni səndən natarazdır,Xanəndəsən, oğlan, avazın yaxşı avazdır!
Ey börkü göz üstündə, trubkan damağında,Gündüz-gecə keyfində, çalıb oynamağında.Şalyapin əgər gəlsə, dayanmaz qabağında.Fikr eyləmə, bundan belə keyfin daha sazdır,Xanəndəsən, oğlan, avazın yaxşı avazdır!
Xanəndəliyin hörməti var, yaxşı sənətdir,Xalqa, səni bil, sevdirən ancaq bu cəhətdir.Hər söz oxusan, anlama, düzdür, ya qələtdir,Ver ərzə, bu gündən özünü radioya yazdır,Xanəndəsən, oğlan, avazın yaxşı avazdır!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-savadsiz-xanendelere
Use ← → keys to move, R for a random poem
More by this author
Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim!O qarə gözlərinin can fədasıyam, gözəlim!
Xublar söhbəti üşşaqə cəfamış, nə bilim!Xublar söhbəti üşşaqə cəfamış, nə bilim!Ülfət etmək bu gözəllərlə xətamış, nə bilim!
Bir gül eşqində könül qan olacaqmış, nə bilim!Bir gül eşqində könül qan olacaqmış, nə bilim!Bülbülasa imiş əfqan olacaqmış, nə bilim!
Vurma o qarə tellərinə şanə, sevgilimVurma o qarə tellərinə şanə, sevgilim,Etmə məni bəlakeşi-divanə, sevgilim.
Poems by other poets · Satire
“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
Üsuli və Şeyxi təriqət mollaların həcviNeçələr silsileyi-təbimə təhrik verir,Rişteyi-nəzmə çəkəm yəni düri-qəltani.
Gavur qızı ("Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin!")Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin!1Çərlətdi lap məni bizim övrət, gavur qızı!
Belə bir əsrdə kim elmi-maarif günəşiBelə bir əsrdə kim elmİ-maarif günəşiÇacib öz nurunu hər bir təbəqat üstündə.