Səndən, ay Kirpi dayı, var yeni bir xahişimizSən əgər mərhəmət etsən, düzələr hər işimiz.

Yaz bu elanımı bilsin cavan oğlanlarımız,Təzədən eşqə düşüb köhnə müsəlmanlarımız.İndi var keçmişə nisbət gözəl ehsanlarımız,Nə qədər mollamız artıb, nə qədər dərvişimiz,Sən əgər mərhəmət etsən, düzələr hər işimiz.

Hərə almış əlinə bir dənə yasin, çərəkə,Oxuyur şuri-plovla səsi qalxıb fələkə.Ölənin ruhunu cənnətdə qoşurlar mələkə,Olmamışdır bu şərafətdə bizim keçmişimiz,Sən əgər mərhəmət etsən, düzələr hər işimiz.

Yenilikdən danışırsan, görürük bir parası,Özünün bir tikə yoxdur yeniliklə arası,Eləmişdir Bakını mərsiyəxan fabrikası,Bəllidir, məncə, bu gün hər kəsə əzvayişimiz,Sən əgər mərhəmət etsən, düzələr hər işimiz.

Baxıb indi görürük bir neçə dümbək vuranı,Üləmadan sayılır, şəhrin olub rövzəxanı,Aldadır xalqı, beş-on xətt edib əzbər Quranı,Buna da razı deyildir yüzə bir yetmişimiz,Sən əgər mərhəmət etsən, düzələr hər işimiz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire