Qiyamə gəlsə qəddin, həşrdən əlamət olur,Zəmanə əhli dəyər bir-birə, qiyamət olur.

Zəkati-hüsnün ilə al təsəddüq aşiqdən,Həmişə fikrü xəyal eyləmə, vəcahət olur.

Gədayi-kuyinə zülm etməyi rəva görmə,Cəfanı tərk elə, şahlarda ki, ədalət olur.

Qılırsa aləmi rövşən göy üzrə mah, vəliÜzün şüasını hər kim görə, xəcalət olur.

Nə göydə şəmsü qəmər hüsnünə olur həmta,Nə yerdə qönçədə ləlin kimi lətafət olur.

Həmişə mən sənə meylü məhəbbət eyləyirəm,Və leyk səndən, əzizim, mənə ədavət olur.

Bu beş gün ömürdə təni-rəqibə döz, Vahid,Kim ki, səbr edə, billəh, başı səlamət olur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love