Dağıldı ellərim, qaldım səhrada,Bir kimsənəm yoxdu, anam ağlayır.Titrəyir əllərim, görmür gözlərim,Dəyişir döranım, zaman ağlayır.

Ayrı düşdüm öz yurdumnan, elimnən,Qəm şələsi əl çəkməyir belimnən,Danışanda nalə qopur dilimnən,Könlümün səsinə kaman ağlayır.

Hələ qurumayıb gözümün yaşı,Tutur tənələrə hər yetən naşı,Ələnir üstümə dünyanın daşı,Dağların başında duman ağlayır.

Heydər, bu yerlərdə yerin bilindi,Mərənd qucaq açdı, qəlbin isindi.Fələyin cəbrinə dayan, döz indi!İndi biz yox, bütün cahan ağlayır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland