Təraneyi-zəfər
Milləti-Təbriz, xuda yarınız,Həqq ola imdadrəsi-karınız!
Namınız, ey milləti-namuskar –Oldu igidlikdə rəşadətşüar,Lövheyi-zərrində qalır yadigar –Şöhrətiniz, şanınız, asarınız,Milləti-Təbriz, xuda yarınız!
Zülm kökün eylədiniz tar-mar,Baği-vətən olmalıdır xüldzar,Qaldı o şanlı adınız payidar,Fəxri-cahan oldu nigəhdarınız,Milləti-Təbriz, xuda yarınız!
Əhli-həsəd rəğminə ol ərcümənd –Eylədi iranlıları sərbülənd,Pəşşə hücumu olamaz sudmənd,Badi-zəfər oldu inandarınız,Milləti-Təbriz, xuda yarınız!
Ey vətən, olsun sənə bizdən salam,Ərzi-qəməfza, sənə olsun salam,Qəbri-şəhidan, sənə olsun salam,Şirfikəndir o ələmdarınız,Milləti-Təbriz, xuda yarınız!
Şirpəsəndanə hünər etdiniz,Sə'ylə ehrazi-zəfər etdiniz,Xəl'əti-hürriyyəti xoş geydiniz,Pəh... nə gözəl kisveyi-zərtarınız!Milləti-Təbriz, xuda yarınız!
Sizsiniz İranda şəci'an bu gün,Millət üçün olmada qurban bu gün,Ədl sizinlə tapacaq can bu gün,Min yaşasın Bağırü Səttarınız,Milləti-Təbriz, xuda yarınız!
Bayrağınız lövheyi-fəthü zəfər,Rəhbəri-hürriyyətinizdir hünər,Baği-həqiqətdə uçan ruhlər –Nüsrəti-fəyyaz mədədkarınız,Milləti-Təbriz, xuda yarınız!
Rəşt nasıldır sizə olsun əyan:Rəşt ayıq, qanlar ataşfəşan,Oldu Süpəhdar bizə pasiban,Bəli, o da yarü həvadarınız,Milləti-Təbriz, xuda yarınız!
Rəşt behişt oldu o Salar ilə,Gözlərimiz aydın o rüxsar ilə,Təəm ola hifz bu didar ilə,Şad ediyor könlümü əxbarınız,Milləti-Təbriz, xuda yarınız!
Eşq ilə can verməyə gilaniyan,Durmadadır, durmada pirü cavan,Cümlə müsəlləh durur, ey qəhrəman,Gözləri cuyəndeyi-didarınız!Milləti-Təbriz, xuda yarınız!
Cünbüşə amadə sifahaniyan,Şurişə hazır həmə gilaniyan,Bunlar ilə fəxr edir iraniyan,Aydın ola çeşmi-əməlbarınız,Milləti-Təbriz, xuda yarınız!
Vəqti-səfa, mövsimi-işrət deyil,
Hifz-vətəndən nə gözəldir? Deyil,Əşrəfə vardırmı süxəndə ədil,Gözləyirəm ta gələ əş'arınız,Milləti-Təbriz, xuda yarınız!
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-teraneyi-zefer
Use ← → keys to move, R for a random poem
More by this author
Tə'siri əyan olmadadır fəsli-baharın,Şad eyləyəcək dilləri əlhani həzarın.
Kor soqqurDünya üzünə gəldiyi hala neçə ildir,Yer, göy nasıl imiş, buna agah deyildir.
QəmərəEy səmanın qədim olan qəməri,Saneyi-aləmin münir əsəri.
Ey zavallı bəşərƏlinlə təng qıldın başına bu enli dünyanı,Yaxıb yandırdın, ey bədbəxt, bu gülşənli dünyanı.