Sığırçınlar
Şimaldan dəstə-dəstə uçub gəlir Bakıya,Soyuqlara dözümsüz quşlar, sevimli quşlar.Çox yox, üçcə aylığa köçüb gəlir Bakıya,Həşəratın qənimi, qara geyimli quşlar.Çöllərin, çəmənlərin çalıb-çağıranları,Cənubdan ayrılmayan şimal sığırçınları.Quşlarçın qış Bakıda mülayimdir çox zaman,Qəmsiz keçir bu yerdə bahar həsrəti, hicran.Xay havada oturub budaqlar üstdə çin-çin,Pıçhapıça başlayır sığırçınlar çinarda.Çal-çağırsız keçməyən bahara yetmək üçünSığırçınlar çığrışır çiskində, çəndə, qarda.Şəhərin bağlarında,Bakı təbiətinin ən sakit çağlarında,Gecələri canlanır qəribə bir mənzərə,Sanki çılpaq çinarlar qapqara yarpaqlıdır.Qışladığı bu yerdən yenə əvvəlki yerəSığırçınların köçü ilk bahara bağlıdır.Ey uzaqlardan gələn incə nəğməli quşlar,Sizə bircə sözüm var:Bakıda keçsin deyə qışınız bahar kimi,Çinar budaqlarını dilləndirin tar kimi,Heç də almayın vecə yağış yağır, qar yağır,Ağacların başından əskilməsin çal-çağır.Siz ey kamança səsli, şimal sığırçınları,Qışda bahar nəfəsli, şimal sığırçınları!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-sigircinlar
Use ← → keys to move, R for a random poem
More by this author
Təbriz! Dərya kimi dalğalan, çağla,Bu elə qəhrəman bir rəhbər gəlir.
ZindanHeyhat! Necə dözsün buna insan:Vur, vur ki, yıxılsın təməlindən
Dilbərin gəlinlik eviDilbər totuqca qızdı, onu verdilər ərə –Aclıqdan ölməsin deyə dövlətli bir yerə.
Təbriz zindanındaZindanda, ah sataşdı gözüm xəstə bir qıza,Dillən! – dedim, o bəxti qara, sönmüş ulduza.
Poems by other poets · Separation
Cənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
KönülArsız elin atıbdı vəli mən atanmadımÖz yürdünü satıbdı vəli mən satanmadım
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.