Təbriz! Dərya kimi dalğalan, çağla,Bu elə qəhrəman bir rəhbər gəlir.Sənin şənliyinə dostumuz baharYolları edərək müəttər gəlir.

Qoy mənim sözümə şahid olsun Ərk,Səni ölənədək mən etmərəm tərk.Günəşin əlindən yapışıb bərk-bərk,Qoynuna uğurlu bir səhər gəlir.

Ucalır göylərə elin avazı,Gülür bəxtsizlərin ömrünün yazı.Rüstəm, nə durmusan, dilləndir sazı,Ürək sevindirən bir xəbər gəlir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland