Zindanda, ah sataşdı gözüm xəstə bir qıza,Dillən! – dedim, o bəxti qara, sönmüş ulduza.Sıxmışdı pəncəsində onu aclıq, ehtiyac,Boğmuşdu doğma körpəsini, qərq olub yasa.Haqqında hökmü məhkəmənin çıxdı çox asan,Qatil ana adıyla ona kəsdilər cəza.Əl dəyməmiş yanında durur “dadlı” bir nahar,Bir parça daş çörək, su dolu çirkli bir kasa.Layla çalırdı sol əlinə körpə zənn edib,Min köhnə dərdimin yarası oldu lap taza.Birdən önündə diz çökərək söylədim: inan,Dincəlmərəm əlimlə bu zindan dağılmasa!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets