Dilbər totuqca qızdı, onu verdilər ərə –Aclıqdan ölməsin deyə dövlətli bir yerə.

Təbrizlilər dözümlü olur dərdə hər zaman,Dilbərsə tab gətirmədi ağ saçlı dərdlərə.

Yağdıqca dəmbədəm başına tənə daşlarıŞivən qopartdı, ağladı, o, gündə min kərə.

Əsdi bağında bir qara yel soldu gül üzü,Zalım ərinsə hər baxışı döndü xəncərə.Yad göz gəzən cənazəni heç görməsin deyə,Bağlandı dar dəmir qapı, örtüldü pəncərə.Mən acizəm bu dərdi yazım... Heçdi, bəlkə dəCəllad ərin gözündə bu dəhşətli mənzərə.Heyhat, qapandı bir gün onun göz qapaqları,Dilsiz məzar gəlinlik evi oldu Dilbərə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love