Bir də səni görməsəm!
Təbriz həsrəti
Bilirsənmi neylərəm bir də səni görməsəm!Bəxtimə heç söylərəm, bir də səni görməsəm.Millətimin adından sənin düşmənlərinəÖlüm hökmü dilərəm, bir də səni görməsəm.Sanma ki, əvvəlkitək – mənim gözəl Təbrizim,Sevinərəm, gülərəm bir də səni görməsəm!Bütün bu yer üzünə bu şair gözlərimdənQanlı yaşlar çilərəm bir də səni görməsəm.Kim deyir təkbaşıma bu qəmlər ordusununÖhdəsindən gələrəm, bir də səni görməsəm?Süleymanam, nisgilim sənsizliyimdir ancaq,Bilirəm ki, ölərəm, bir də səni görməsəm!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-bir-de-seni-gormesem
Use ← → keys to move, R for a random poem
More by this author
Əziz qardaşım Abbas Zamanova*Salam, ey qəhrəman, ey şanlı Ərkim!
Şair sönməzəKim deyir dar gündə meydanlarda dinməz – şerimiz!Yox, döyüşlərdən zəfərsiz – mənim dönməz – şerimiz
Həsrətəmİllərdir ki, görüşünə həsrətəm,Ayrılıqdan bağrı dağlı qardaşım!
Məhəmmədlu AbbasiyəQırx il bundan əvvəl səninlə bir günGörüşdük Təbrizdə bir qardaş kimi.