Məncə gülməz gül-çiçək, sən olmasan, mən olmasam,Ay, Günəş olmaz gərək sən olmasan, mən olmasam.

Şübhəsiz, sən, mən – bizik, biz – sən, mənəm.Yox, qanadlanmaz dilək, sən olmasan, mən olmasam.

El, vətən uğrunda biz yollarda qan-tər tökmüşük,Eşq ilə vurmaz ürək, sən olmasan, mən olmasam.

Möhtəşəm göylərdəki ulduzların dünyasınaKim vurar min bir bəzək sən olmasan, mən olmasam?

Biz şəhərlər salmışıq, can vermişik torpaqlara,Süfrəmiz görməz çörək, sən olmasan, mən olmasam!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring