Gəldi yaş üstünə yenə də bir yaş,Sanmayın, yel kimi keçdi illərim.Uğurlu, günəşli, uzun yollardaDostu düşmənindən seçdi illərim.

İllərim bu vətən torpağındadır,Şeir bağındadır, söz bağındadır.Ellərin gözünün qabağındadır,Kim deyə bilər ki, heçdi illərim.

Açdı hər qapını öz qapım kimi,Dindi könüllərdə rübabım kimi.Gəzdi dost ellərdə kitabım kimi,Sevən ürəklərə köçdü illərim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland