Təkcə balam, yaxın gəl, yaxşı qulaq as mənə,Qoy söyləyim atamdan nə qaldı miras mənə.Əlli il dəmir döyən polad çəkic, bel, mişar,Arzumuzdan yaranmış bu dövlətə etibar.Anam torpağa hörmət, xalqa dərin məhəbbət,Bu yorulmaq bilməyən qollarımdakı qüvvət!Bunlarsız yaşamazdım həyatda bir gün belə,Düşməzdi şair adım bunlarsız dildən-dilə.Oğlum, gözün yaxşını, yamanı yaxşı seçsin,Qoy bu sadəcə miras məndən də sənə keçsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland