Dönsəm
Arzum gül açır mən sola dönsəm, sağa dönsəm,Eşqim dil açır mən sola dönsəm, sağa dönsəm.Söz yox ki, bu torpaq verəcək şerimə qüvvət,Vaxtında bu torpaqda əgər torpağa dönsəm.Torpaqda da şair gözümün nuru azalmaz,Qoynunda gözəllər gəzişən bir bağa dönsəm.Baxtım açılar, Təbrizi görməkçin uzaqdan,Dostum Savalantək qocaman bir dağa dönsəm.Şair kimi, Rüstəm kimi, xoşbəxt olaram mən,Bir əldə nümayiş günü al bayrağa dönsəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-donsem
Use ← → keys to move, R for a random poem
More by this author
Ayıq ol, ey könül, ayıq ol,Sayıq ol, ey könül, sayıq ol.
Ömrü beşgünlükMəhəbbət məktəbindən yüz töhmətin var sənin,Sevgidən söz açmağa nə cürətin var sənin?!
Bir kainatdır sevgilimŞad günümdə yaxşı ki, məndən də şaddır sevgilim,Şerimə illər boyu qoldur, qanaddır sevgilim.
Mabədi varRəssamın öz fırçası, öz rəngi var,Şairin öz xətti, öz ahəngi var.
Poems by other poets · Homeland
Quberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
SındırarMaymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.