Vəslin evinə qoy məni hicranım aparsın,İllər boyu hicrana dözən canım aparsın.Düşmən başına öldürücü zərbəmi hər anNifrət dolu, lənət dolu tufanım aparsın.Mən dostluğa and içmişəm, al bayrağın altda,Dost ölkələrə eşqimi karvanım aparsın.Hər yerdə ki, bir sevgi, vüsal cəbhəsi varsa,Söz ordumu ön səngərə vicdanım aparsın.Bir gün gözümü yummalı olsam bu həyataGəlsin, məni son mənzilə cananım aparsın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love