İlləri illərə calasam da mənYurdumu gəzməkdən yorulmamışam.Cənub həsrətliyəm, vüsal eşqinəHicrana dözməkdən yorulmamışam.İlk bahar nəfəsli tər çiçəklərinƏtrini çəkməkdən yorulmamışam.Cənublu bacımın, qan qardaşımınDərdini çəkməkdən yorulmamışam.Ötən durnalardan yaxınlarımınHalını sormaqdan yorulmamışam.Hicran karvanının sarbanı olubYolları yormaqdan yorulmamışam.Təzə nəsillərə candan, ürəkdənBitməyib xidmətim, yorulmamışam.Dar gündə, ağ gündə vətən deməkdən,Bilir ki, millətim yorulmamışam.Dostluq dünyamızın şənliklərindəSevinib gülməkdən yorulmamışam.Başım ağarsa da, xoşbəxtliyimdənSevib-sevilməkdən yorulmamışam!

Bəzən nəfəsimi dərsəm də yoldaUğurlu səfərdən yorulmamışam.Gah tufan, gah boran görsəm də yolda,Soruşun Xəzərdən, yorulmamışam.Döyüş meydanının ön səngərindəÖzümü görməkdən yorulmamışam.Qara əməllərə, yad meyllərəSinəmi gərməkdən yorulmamışam.Şerimi süngütək düşmənin, yadınBağrına taxmaqdan yorulmamışam.Yurdumun nazənin gözəllərinəŞairtək baxmaqdan yorulmamışam.Bütün yer üzünün millətlərini

Sülhə səsləməkdən yorulmamışam.Qəlbimdə düşmənə əbədi nifrət,Qisas bəsləməkdən, yorulmamışam.Yaxşıya hörmətdən, pisə nifrətdənHeç zaman, heç zaman yorulmamışam.Gənclərlə qaynayıb-qarışmağımdanHələ mən Süleyman yorulmamışam.İlham dəryasına təzə söz üçünHər gün tor atmaqdan yorulmamışam.Nə qələm qocalıb, nə də ki, qəlbim,Yazıb-yaratmaqdan yorulmamışam!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland