Gəl təzə il, birgə gəzək anam Vətən torpağını.Hər ilin öz gözəlliyi, hər ilin öz neməti var.Bilirəm ki, mahnılara çevriləcək hər addımın,Hər ilin öz qəhrəmanı, hər ilin öz hörməti var.

Qəlbimizin ləkə bilməz aynasıdır hər ilimiz,Bizim könül arzumuzun mənasıdır hər ilimiz,Hünərlərin, zəfərlərin dəryasıdır hər ilimiz.Hər ilin öz təntənəsi, hər ilin öz qüdrəti var.

Hər ilimiz aşılmayan zirvələrdən verir soraq,Hər ötən il olur bizim təzə ilə arxa-dayaq.Bu vəhdətə heyran qalır, əhsən deyir yaxın-uzaq,Bu ilin öz sıçrayışı, bu ilin öz vüsəti var.

Nələr yoxdur təzə gələn səadətlər ilimizdə,Bu sarsılmaz, dərin köklü həqiqətlər ilimizdə.El gücü var məhəbbətlə, sədaqətlə ilimizdə,Hər ilin öz xəzinəsi, hər ilin öz sərvəti var.

Əzmimizlə can veririk ilimizin hər anına,Dost elləri səsləyirik hünər, yarış meydanına,Gül-çiçəkli alqış yağır qaliblərin ünvanına,Hər ilin öz sürəti var, hər ilin öz hikməti var.

Sağ ol mənim köhnə ilim, yaşa mənim təzə ilim!Əziz ana Vətənimi zəfərlərlə bəzə, ilim,Görüm səni bu uğurda gəlməyəsən gözə, ilim,İri mətin addımlar at, səndə gənclik cürəti var...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland